Bank Of Baku

Ermənistan Bakıda keçiriləcək “Eurovision-2012”-dəki təmsilçisini yanvarın sonuna qədər müəyyənləşdirə bilər

Ermənistan Bakıda keçiriləcək “Eurovision-2012”-dəki təmsilçisini yanvarın sonuna qədər  müəyyənləşdirə bilər
# 24 yanvar 2012 11:02 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Yanvarın sonlarına qədər Ermənistanın Azərbaycanın paytaxtı Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisi bəlli olacaq. APA-nın Ermənistan KİV-nə istinadən yaydığı xəbərə görə, yanvarın sonlarına qədər Ermənistanın “Eurovision-2012”-də iştirakının detalları bəlli olacaq. Bu barədə Ermənistanın müsabiqədə nümayəndə heyətinin rəhbəri Qoar Qasparyan bildirib.

O, həmçinin qeyd edib ki, yaxın günlərdə Ermənistan təmsilçisinin hansı prosedurlarla seçiləcəyi açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR