Bank Of Baku

“Eurovision” Mahnı Müsabiqəsinin icraedici rəhbəri, müsabiqə ilə bağlı digər rəsmilər Bakıya gəliblər - FOTOSESSİYA

“Eurovision” Mahnı Müsabiqəsinin icraedici rəhbəri, müsabiqə ilə bağlı digər rəsmilər Bakıya gəliblər - <font color=red>FOTOSESSİYA</font>
# 24 yanvar 2012 16:24 (UTC +04:00)
Bakı. Ülkər Rəşidızı – APA. Yanvarın 25-də «Buta Palace»da Azərbaycanın ev sahibi olacağı “Eurovision” Mahnı Müsabiqəsi Bakı 2012-nin ilk təntənəli mərasimi keçiriləcək. Bununla bağlı yanvarın 24-də “Buta Palace”da ilk əsas məşq olub. “Eurovision-2012” İşçi Qrupundan APA-ya verilən məlumata görə, Azərbaycan paytaxtında keçiriləcək ilk rəsmi tədbirdə Avropa Yayımları Birliyinin (EBU) nümayəndələri, xarici qonaqlar, dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri və digər qonaqlar iştirak edəcəklər.

Artıq bu tədbirdə iştirak etmək üçün “Eurovision” Mahnı Müsabiqəsinin icraedici rəhbəri Yan Ola Sand, tədbirlər və komunikasiya rəhbəri Sietse Bakker, eləcə də müsabiqə ilə bağlı digər rəsmilər Bakıya gəliblər.
“Eurovision” Mahnı Müsabiqəsinin rəmzi açarının təqdim edilməsi, yarımfinallarda iştirak edən ölkələr arasında püşkatma, loqo və şüarın prezentasiyasına həsr olunan tədbirləri Azərbaycanda İctimai Teleradio, “Eurovision” müsabiqəsinin rəsmi saytı eurovision.tv, eləcə də Avropa Yayımları Birliyinə üzv olan bir neçə ölkənin televiziya kanalında canlı yayımlanacaq.

Bununla yanaşı, bu mərasimi işıqlandırmaq üçün bir çox ölkələrin –Gürcüstan, Finlandiya, Almaniya, Serbiya, Malta, Moldova, Estoniya, Belarusun ictimai yayımçıları və «Euronews» kanalının reportyorları Azərbaycana gəliblər.

“Buta Palace”da baş tutacaq bu mərasimlə bağlı Almaniya və Türkiyədən xüsusi işıq, səs və digər texniki avadanlıqlar gətirilib. Demək olar ki, bütün Avropanın izləyəcəyi proqramın istehsalı İctimai Televiziya ilə “Eurovision” Mahnı Müsabiqəsi 2012-nin prodakşn tərəfdaşı, Almaniyanın “Brainpool” şirkəti tərəfindən aparılacaq. Bu tədbirdə 3D Mapping şou həyata keçiriləcək. 270 dərəcəli görüntü isə bu mərasimə xüsusi effekt qatacaq. Məhz sözügedən şouda bu günə kimi Azərbaycanda tətbiq olunmayan texniki avadanlıqlardan istifadə olunacaq. Bu da mərasimin özünün və televiziya həllinin çox maraqlı olacağını deməyə imkan verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR