Bank Of Baku

Eurovision qalibləri Lena Mayer, Aleksandr Rıbak, Ruslana Bakıya gəlib

Eurovision qalibləri Lena Mayer, Aleksandr Rıbak, Ruslana Bakıya gəlib
# 24 yanvar 2012 22:34 (UTC +04:00)
Eurovision Mahnı Müsabiqəsi Bakı 2012-nin İşçi Qrupundan APA-ya verilən məlumata görə, yanvarın 25-də Azərbaycanın bu müsabiqəyə ev sahibliyi ilə bağlı keçiriləcək təntənəli mərasimdə iştirak etmək üçün müsabiqənin 2004-cü il qalibi Ruslana, 2009-cu il qalibi Aleksandr Rıbak, 2010-cu il qalibi Lena Mayer paytaxta qonaq gəlib.

Həmin gün “Buta Palace” səhnəsində Azərbaycana Eurovision qalibiyyəti gətirən Eldar Qasımov və Nigar Camal, 2009 və 2010-ci illərdəki təmsilçilərimiz Aysel Teymurzadə və Safurə Əlizadə ilə yanaşı, Aleksandr Rıbak, Ruslana və Lena Mayer də çıxış edəcək.

Xatırladaq ki, yanvarın 25-də Eurovision Mahnı Müsabiqəsinin rəmzi açarının Düsseldorfdan Bakıya təhvili, may ayında keçiriləcək Eurovision 2012-nin yarımfinallarında iştirak edən ölkələr üzrə püşkatması, builki müsabiqənin loqo və şüarının prezentasiyası olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR