Bank Of Baku

“Eurovision-2012” mahnı müsabiqəsinin “Baku Crystal Hall” sarayında keçirilməsi rəsmən təsdiqlənib – YENİLƏNİB

“Eurovision-2012” mahnı müsabiqəsinin “Baku Crystal Hall” sarayında keçirilməsi rəsmən təsdiqlənib – <font color=red>YENİLƏNİB</font>
# 25 yanvar 2012 13:31 (UTC +04:00)
APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, 57-ci “Eurovision” mahnı müsabiqəsi Bayraq Meydanında inşa olunan “Baku Crystal Hall”da baş tutacaq. Bu qərar bu gün Avropa Yayım Birliyi (EBU) tərəfindən açıqlanıb.

Müsabiqənin Azərbaycan üzrə yayımçısı İctimai Teleradio bu müsabiqə üçün 3 potensial yer təklif edib, lakin EBU üstünlüyü yeni qapalı arenaya verib. Yeni tikilən “Baku Crystal Hall” təxminən 23 000 tamaşaçı tutur. 16 minə yaxın tamaşaçı isə müsabiqənin yarımfinalları və finalını böyük monitordan canlı izləyə biləcəklər.

“Eurovision” mahnı müsabiqəsinin icraedici rəhbəri Yan Ola Sand bu qərar barədə fikirlərini bölüşüb: “Biz çox həyəcanlıyıq. “Eurovision-2012” yeni konsert zalında keçiriləcək. Biz tikinti işlərinin vaxtında tamamlanacağı barədə zəmanət aldıqdan sonra müsabiqə üçün hazırlığa başlaya bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR