Bank Of Baku

Azərbaycanın ev sahibliyi etdiyi Eurovision-2012 “Light your fire” şüarı altında baş tutacaq

Azərbaycanın ev sahibliyi etdiyi Eurovision-2012 “Light your fire” şüarı altında baş tutacaq
# 25 yanvar 2012 17:21 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın ev sahibliyi etdiyi Eurovision-2012 mahnı müsabiqəsi “Light your fire” şüarı altında baş tutacaq. APA-nın məlumatına görə, müsabiqənin şüarı bu gün Buta Palace-da keçirilən ilk təntənəli tədbirdə açıqlanıb. Məlum olub ki, müsabiqənin builki loqosunda Azərbaycanın əsas elementləri olan buta və od əksini tapıb.

Mərasimdə loqo və şüarı açıqlayan xüsusi video rolik nümayiş etdirilib. Onu da bildirmək yerinə düşər ki, mərasim hazırda bir neçə ölkənin televiziya kanalı, eləcə də eurovision.tv ilə canlı yayımlanır. Mərasim üçün Almaniya və Türkiyədən gətirilən texniki, işıq və səs avadanlıqlarından istifadə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR