Bank Of Baku

Eurovision-2012-nin rəsmi ev sahibliyinin ifadə edən açar Azərbaycana təqdim edilib - FOTOSESSİYA

Eurovision-2012-nin rəsmi ev sahibliyinin ifadə edən açar Azərbaycana təqdim edilib - <font color=red>FOTOSESSİYA</font>
# 25 yanvar 2012 17:39 (UTC +04:00)
Tədbirdə Azərbaycana Eurovision qalibiyyəti gətirən Eldar Qasımov və Nigar Camalın video-roliki nümayiş etdirilib.

Azərbaycana qonaq gəlmiş Düsseldorf meri Dirk Elsbers Azərbaycan xalqını elə ana dilimizdə salamlayıb. O, Azərbaycanın ötən il Almaniyada qalib gəldiyini və Eldarla Nigarın yaddaqalan ifa nümayiş etdirdiklərini vurğulayıb. Mer Azərbaycanın maraqlı və yaddaqalan müsabiqə keçirəcəyinə əminliyini ifadə edib. Daha sonra isə Azərbaycan xalqına bu müsabiqəyə ev sahibliyində uğurlar arzulayıb.

Bakı şəhərinin meri Hacıbala Abutalıbov Azərbaycanın möhtəşəm Eurovision yarışması həyata keçirəcəyini qeyd edib: “Sizin hər birinizi Azərbaycanda, Bakıda görməkdən məmnunam və bu mərasimdə salamlayıram. Ötən il təmsilçilərimizin Düsseldorf səhnəsində uğurlu çıxışı ölkəmizə bu müsabiqədə ilk dəfə qələbə qazandırdı. Şəhərimizin sakinləri səhərə kimi küçələrdə bayram etdilər. Dünyanın ən gözəl şəhərlərindən biri olan Şərq və Qərb sivilizasiyalarını, tarixi varisliyi özündə təcəssüm etdirən Azərbaycan Eurovision müsabiqəsini keçirməyə hazırlaşır. Bu gün bütün musiqisevərlərin səbirsizliklə gözlədiyi Eurovision yarışmasının açarı rəsmən təqdim olundu və bununla da bu möhtəşəmliyin təməli qoyulmuş oldu. Bakıda keçiriləcək Eurovision mahnı müsabiqəsi ilə bağlı bütün tədbirlərin ölkə rəhbərliyi tərəfindən hər zaman diqqət mərkəzində saxlanılması bizə deməyə əsas verir ki, keçiriləcək bu mərasim hər bir insanın yaddaşında silinməz iz qoyacaq. Onalr təkcə Eurovison mahnı müsabiqəsinin deyil, möhtəşəm ölkəmizin və insanlarımızın qonağı olacaqlar. Sizin hər birinizi Bakıda keçiriləcək Eurovision mahnı müsabiqəsinə dəvət edirik”.

Daha sorna çıxış edən Eurovision mahnı müsabiqəsinin icraedici rəhbəri Yan Ola Sand Azərbaycanın yaddaqalan müsabiqə təşkil edəcəyini deyib. O, Azərbaycanda bu işləri həyata keçirən Eurovision-2012 İşçi Qrupunun rəhbəri və icraçı prodüser Adil Kərimliyə, yayımçı televiziya kanalı İctimai Teleradioya minnətdarlığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR