Bank Of Baku

Bakıda Eurovision-2012-nin ilk püşkatması keçirilib - FOTOSESSİYA

Bakıda Eurovision-2012-nin ilk püşkatması keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 25 yanvar 2012 18:40 (UTC +04:00)
APA-nın məlumatına görə, püşkatmadan əvvəl çıxış edən Eurovision mahnı müsabiqəsinin icraedici rəhbəri Yan Ola Sand xatırladıb ki, böyük beşlik olan Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötən il müsabiqənin qalibi və builki ev sahibi Azərbaycan birbaşa mayın 26-da keçiriləcək final mərhələsində çıxış edəcək.

Məlum olub ki, Azərbaycan, İspaniya, İtaliya I, Böyük Britaniya, Fransa və Almaniya II yarımfinalda səs verə biləcək. Mayın 22-də keçiriləcək I yarımfinalda 18, 24-də keçiriləcək II yarımfinalda isə 19 ölkə mübarizə aparacaq.

Mayın 22-də birinci yarımfinalda Monteneqro, İslandiya, Rumıniya, Albaniya, Belçika, Latviya, İsveçrə, Finlandiya, Yunanıstan, Moldova, Kipr, Avstriya, Danimarka, Rusiya, San Marino, İsrail, İrlandiya və Macarıstan, mayın 24-də ikinci yarımfinalda Serbiya, Niderland, Portuqaliya, Makedoniya, Belarus, Malta, Ukrayna, Ermənistan, Bolqarıstan, İsveç, Gürcüstan, Sloveniya, Estoniya, Türkiyə, Slovakiya, Xorvatiya, Norveç, Litva, Bosniya və Herseqovina finala çıxmaq uğrunda mübarizə aparacaq.

Püşkatma mərasimdən sonra Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Xalq Çalğı Alətləri Orkestrinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səslənib. Daha sonra Avropaya Azərbaycanın milli musiqi aləti olan möhtəşəm balaban ifası təqdim olunub. Alim Qasımovun ifasında Azərbaycanın xalq mahnısı olan “Sarı gəlin”in ifası bütün tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Mərasimi işıqlandırmaq üçün bir sıra xarici ölkələrin KİV nümayəndələri Azərbaycana təşrif buyurub. Eləcə də mərasim də EBU-nun rəhbərliyi, Azərbaycanın dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak edirlər. Mərasim bir neçə ölkədə canlı yayımlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR