Bank Of Baku

Eurovision -2012-nin ilk tədbirində Alim Qasımov Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i ifa edib

Eurovision -2012-nin ilk tədbirində Alim Qasımov Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i ifa edib
# 25 yanvar 2012 19:54 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın Eurovision-2012-nin ev sahibliyi ilə bağlı Bakıda keçirilən ilk təntənəli tədbir baş tutub. APA-nın məlumatına görə, mərasimdə Eurovision ulduzları çıxış ediblər. Çıxışçılar arasında Azərbaycan qalibiyyət gətirən Eldar Qasımov və Nigar Camal, Lena Mayer, Aleksandr Rıbak, Ruslana, Aysel Teymurzadə, Səfurə Əlizadə olublar. Hər bir ifaçı məhz Eurovison səhnəsində ifa etdikləri musiqilərlə çıxış edib. Ruslana Azərbaycanın ev sahibliyindən qürur duyduğunu və bunun artıq yuxu olmadığını deyib: “Bu artıq yuxu deyil. Mən çox sevinirəm ki, Azərbaycan bun yarışmada qalib gəldi və biz də bu yuxunun iştirakçılarıyıq. Azərbaycanın ev sahibliyi məni çox sevindirir və bu işin öhdəsindən çox yüksək səviyyədə gələcəyinizə əminəm”. Aleksandr Rıbak isə may ayına qədər Azərbaycan xalqı ilə sağollaşıb və Azərbaycana uğurlar arzulayıb.

Mərasimdə Alim Qasımovun ifasında Azərbaycanın xal mahnısı “Sarı gəlin” isə qonaqlara ayrı zövq verib. Tədbirdə Azərbaycanın milli rəqsləri də ifa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR