Bakı Eurovision-2012-nin ev sahibliyini rəsmən qəbul edib - FOTOSESSİYA
Tədbirdə həmçinin qaydalara uyğun olaraq yarımfinallarda iştirak edəcək 37 ölkənin hansı yarımfinalda çıxış edəcəyi müəyyən edən püşkatma keçirilib. Həmçinin Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya və keçən ilki müsabiqənin qalibi olan Azərbaycanın hansı yarımfinalı yayımlayacağı və səsvermədə iştirak edəcəyi də müəyyən olunub. Püşkatmanın nəticələrinə görə 2012-ci il mayın 22-də də birinci yarımfinalda iştirak edən 18 ölkə Monteneqro, İslandiya, Rumıniya, Albaniya, Belçika, Latviya, İsveçrə Finlandiya, Yunanıstan, Moldova, Kipr, Avstriya, Danimarka, Rusiya, San-Marino, İsrail, İrlandiya və Macarıstan olub.
Mayın 24-də ikinci yarımfinalda iştirak edəcək 19 ölkə Serbiya, Niderland, Portuqaliya, Makedoniya, Belarus, Malta, Ukrayna, Ermənistan, Bolqarıstan, İsveç, Gürcüstan, Sloveniya, Estoniya, Türkiyə, Slovakiya, Xorvatiya, Norveç, Litva, Bosniya və Herseqovina olub.
26 May 2012-ci ildə birbaşa final mərhələsində Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya və Azərbaycan (qalib ölkə kimi) iştirak edəcəklər.
Tədbirin vacib məqamlarından biri isə Eurovision Mahnı Müsabiqəsi 2012-nin konsepsiyasının təqdimatı olub. Möhtəşəm Eurovision axşamında Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqənin loqo və şüarı açıqlanıb.
2004-cü ildən etibarən Eurovision Mahnı Müsabiqəsinin içərisində ev sahibliyi edən ölkənin bayrağı əks olunmuş ürək şəkilli logosu var. Buna baxmayaraq hər il ev sahibi olan ölkə həmin loqoya əlavə olaraq öz loqosunu, başqa sözlə müsabiqənin konsepsiyasının bədii təsvirini təqdim edir.
Loqoda mədəniyyətimizdə xüsusi yeri olan od, çox qədim tarixə malik musiqimi xarakterizə edən rəqs, şəffaflıq, əmin-amanlıq və sülhsevərliyi təcəssüm etdirən Günəş, ay və ulduzlar təsvir olunub.
Zəngin mədəniyyətimizdə xüsusi yeri olan od fəlsəfəsi bu gün də bayramlarımız, incəsənət nümunələrimiz, memarlığımızda çox aktualdır. Böyük bir coğrafiyanı əhatə edən Novruz Bayramında insanlar tonqalın ətrafında bir araya gəlir, təbiətin oyanmasını, həyatın sanki yenidən başlanmasını böyük şənliklərlə qeyd edirlər.
Könlümüzə hərarət verən od Azərbaycan xalqının istiqanlı, qonaqpərvər qayğıkeş xüsusiyyətlərində öz təcəssümünü tapır. Həyatımızın enerji mənbəyi hesab etdiyimiz alov demək olar ki, bir-birindən çox fərqli naxışlara mədəniyyət incilərimizdə öz əksini tapıb.
Çoxsaylı arxeoloji və memarlıq abidələri, qədim daş kitabələr, qayaüstü rəsmlər, əlyazmalar, bənzərsiz və zəngin musiqi parçaları, o cümlədən ecazkar muğam, əsrlərin dərinliklərindən bizə miras qalmış xalça naxışları, dünya muzeylərində öz layiqli yerini tutmuş yüzlərlə maddi və mənəvi nümunələrimiz qədim “Odlar Yurdu”nun dünya mədəniyyətinə verdiyi əvəzsiz töhfələrdə biz bu fəlsəfinin bariz nümunələrini görə bilərik.
Eurovision Mahnı Müsabiqəsi Bakı 2012-nin bütün izləyicilərinə sülhü dəstəkləmək, insanları sevmək, yardımlaşmaq üçün onlara qəlblərindəki qığılcımı alovlandırmaq üçün onlara “Odlar Yurdu”ndan məhz bu şüarla səslənirik.
Mədəniyyət siyasəti
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Xəbər Lenti
Tramp ABŞ, Rusiya və Ukrayna arasında danışıqların tezliklə keçiriləcəyini gözləyir
Əfqanıstanda 5,2 maqnitudalı zəlzələ baş verib
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat dəstəyini tam bərpa edib
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Husilər Səudiyyə Ərəbistanında hava limanına və hərbi bazalara raket zərbələri endirib
Səudiyyə Ərəbistanında raket qalıqlarının düşməsi nəticəsində iki nəfər yaralanıb
ABŞ Prezidenti Rusiya ilə dizel yanacağı razılaşmasını yüksək qiymətləndirib
Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB
Tramp: İranla razılaşma əldə olunmasa, hərbi əməliyyat keçirə bilərik
Tramp Ukrayna münaqişəsinin həllində irəliləyiş gözlədiyini bildirib
İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazanıb, “Yunayted” öz meydanında darmadağın olub
U-15 dünya çempionatı: Yığmamız Avstraliya millisinə uduzub
Türkiyəli jurnalist: Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib
Sənan Süleymanov dünya çempionu olub
"Sabah" - "Qarabağ" qarşılaşmasında hesab açılmayıb
Ebola təhlükəsi: Uqanda 21 günlük karantin tətbiq edib
Türkiyə ilə Ermənistan arasında tarixi Ani körpüsünün bərpası üçün tender başa çatıb
Qabon sahillərində neft platforması batıb, ölən və itkin düşənlər var
Güləşçi Eldəniz Əzizli beşinci dəfə dünya çempionu olub
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi insidentlə bağlı 5 nəfər həbs edilib - YENİLƏNİB
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB-1
Fransada yeni kütləvi etirazlar və ümummilli tətil elan olunub
Böyük Britaniyada güclü fırtına fəsadlara səbəb olub
Liviyanın Baş naziri Trampın ölkəsi barədə açıqlamasına etiraz edib
Səudiyyə Ərəbistanına atılan 10 ballistik raket zərərsizləşdirilib
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir
Fransada 1300-dən çox şəxsin saxlanıldığı toqquşmalar - FOTOLENT
Obama Tramp administrasiyasının İran siyasətini tənqid edib
Ər-Riyad hava limanında beynəlxalq uçuşlar bərpa olunub
Putin: Rusiya qazı hələ də Avropanın mayeləşdirilmiş təbii qaz bazarının 20 faizini təşkil edir
Bolqarıstanda prezident seçkiləri: 27 namizəd mübarizə aparır, ikinci tur gözlənilir
Kreml: Rusiya noyabrın 4-dən sonra ABŞ və Ukrayna ilə üçtərəfli danışıqları bərpa etməyə hazırdır
U-15 dünya çempionatı: Yığmamız Avstraliya ilə qarşılaşacaq
Bakı Bulvarında Zeytun Festivalının son günüdür - FOTOLENT
Rusiya ABŞ-a istənilən həcmdə dizel yanacağı tədarük etməyə hazır olduğunu açıqlayıb
Kreml: Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb
Husilər Ər-Riyad hava limanını yenidən vuracaqları ilə hədələyiblər
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti qələbəsini qazanıb - FOTOLENT - YENİLƏNİB
Litva Avropa İttifaqında saatların dəyişdirilməsinin ləğvi üçün səsvermə təşəbbüsü ilə çıxış edib
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
ISW: Ukrayna ordusu Rusiyanın Kupyansk istiqamətində irəliləməsinə mane olur
Ramanada tullantılar tinglərlə dəyişdiriləcək
İran ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb
Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir
Rusiyanın Perm diyarına PUA hücumu olub, 5 nəfər xəsarət alıb
Sabah Bakıda yağış yağacağı, şimşək çaxacağı gözlənilir - PROQNOZ
Tovuzda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB
FHN ölkə üzrə silsilə maarifləndirmə tədbirləri keçirib - FOTOLENT