Bank Of Baku

Aleksandr Rıbak “Eurovision-2012” mahnı müsabiqəsinin izləmək üçün Bakıya gələcək

Aleksandr Rıbak “Eurovision-2012” mahnı müsabiqəsinin izləmək üçün Bakıya gələcək
# 26 yanvar 2012 09:38 (UTC +04:00)
May ayında daha böyük sürprizlər gözləyirəm və bu sürprizləri öz gözümlə görmək istəyirəm. Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin möhtəşəm olacağına inanıram. Bu ölkədə hər il gəlişimdə turist və qonaq olaraq böyük qonaqpərvərlik görürəm. Mənə elə gəlir ki, azərbaycanlılar bu yarışmadakı qalibiyyətə görə daha həyəcanlı və sevincli görünürlər. Sizin qonaqpərvərliyinizi görüb, hətta Azərbaycan dilini öyrənmək istəyərdim, amma məncə, bu çox çətin olar. Amma buna çalışacağam”. Bu açıqlamanı APA-ya Bakıda səfərdə olan “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak verib.

İki il öncə Azərbaycana gəldiyini söyləyən ifaçı Bakı şəhərinin bu müddət ərzində çox dəyişdiyini və daha da gözəlləşdiyini bildirib: “Bakıda indi gördüklərimlə öncə gördüklərim tam fərqlidir. Yeni binalar tikilib, şəhər gözəlləşib. Mən Azərbaycanı çox sevirəm”.

Ötən il müsabiqəni izləmək üçün jurnalist kimi akkreditə olunmuş Aleksandr Rıbak, bu il də Azərbaycana gələcəyini deyib: “Ötən il jurnalist kimi akkreditə olundum. Amma daha jurnalist kimi akkreditə olunmaq istəmirəm. Düşünürəm ki, mütləq may ayında Bakıda olacağam və müsabiqəni izləyəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR