Bank Of Baku

Serbiyanın “Eurovision-2012” təmsilçisi: “Azərbaycandan möhtəşəm şou, dostluq atmosferi və tam professionallıq gözləyirəm”

Serbiyanın “Eurovision-2012” təmsilçisi: “Azərbaycandan möhtəşəm şou, dostluq atmosferi və tam professionallıq gözləyirəm”
# 27 yanvar 2012 08:36 (UTC +04:00)
Serbiya Radio və Televiziya yayım şirkəti ilə bu yarışmaya çox ciddi şəkildə hazırlaşıram. Mən artıq may ayında Bakıda keçiriləcək müsabiqə üçün mahnı hazırlamışam və buna görə də çox şadam. Mahnı komponentlərinin mətn ilə səslənməsi və müşayiəti üzrə işlər hələ də davam edir. Bu mahnı Serbiyanın daxili çalarları ilə zəngin və Avropa üslubunda olacaq”. APA-nın məlumatına görə, bunu eurovision.az saytına müsahibəsində Serbiyanı builki müsabiqədə təmsil edəcək tanınmış musiqiçi Zeljko Yoksimoviç deyib. Səhnədə olmağı və öz mahnısıı ifa etməyi xoşladığını deyən Z.Yoksimoviç, Azərbaycanda vətənini 2004-cü ildən daha yaxşı təmsil etmək arzusundadır. Müğənni may ayında Azərbaycanın paytaxtında baş tutacaq 57-ci “Eurovision” Mahnı Müsabiqəsi həmişəkindən fərqli olacağına inanır: «Bunu ev sahibliyi ilə bağlı görülən işlər, cəhdlər, çəkdiyiniz əziyyət də göstərir. İştirak edən ölkələrin nümayəndə heyətləri sizin “Eurovision” Mahnı Müsabiqəsinin dəyər və ənənələrinə necə sadiq qaldığınızı görür. Azərbaycandan möhtəşəm şou, dostluq atmosferi və tam professionallıq gözləyirəm. Düşünürəm ki, hər şey əla olacaq. Şüarınızın əsasını təşkil edən “Odlar Yurdu” məncə çox pozitiv ruhdadır. Bu müsbət enerjini bütün 43 nümayəndə heyəti duyacaq. Mən Azərbaycanda olmamışam. Amma nadir musiqi və ritmə sahib olan ölkəyə səfər edəcəyimdən çox məmnunam”.
Müsabiqədə qalibiyyətinə inanan Z.Yoksimoviç tamaşaçıları onu dəstəkləməyə səsləyib: «İnanıram ki, tamaşaçılar məni dəstəkləyəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR