Bank Of Baku

“Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı «eurovillage» və «euroclub» yaradılması barədə qərar yaxın vaxtlarda veriləcək

“Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı «eurovillage» və «euroclub» yaradılması barədə qərar yaxın vaxtlarda veriləcək
# 27 yanvar 2012 13:07 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu müsabiqənin İşçi Qrupunun rəhbəri və icraçı prodüseri Adil Kərimli deyib. O bildirib ki, “EuroVillage”in yaradılması “Eurovision” mahnı müsabiqəsinin əsas sosial tədbirlərindən biridir. “EuroVillage” açıq sahədə yaradılacaq. Burada müxtəlif kampaniyalar, konsertlər, müsabiqənin nümayəndə heyətləri tərəfindən ayrı-ayrı proqramlar, tədbirin sponsorları tərəfindən müxtəlif tədbirlər keçirilə bilər: «Təqdim etdiyimiz məkanlardan biri də eurovillage adlanan məkandır. Bura xüsusi ayrılan bir sahədir ki, orada sponsorlar, eyni zamanda digər iştirakçı ölkələrin nümayəndə heyətləri öz müvafiq fəallıqlarını, konsertlərini, insanlarla təmaslarını qururlar. Euroclub adlanan digər məkanda isə hər gün şoudan sonra bütün akkredatisiya olunmuş şəxslər, bura aid mətbuat nümayəndələri və fanatlar iştirak edəcəklər. Bu məkanda hər gün əyləncə proqramı təqdim olunacaq».

A.Kərimlinin sözlərinə görə, hər iki məkanla bağlı Avropa Yayım Birliyinə (EBU) bir neçə alternativ variantlar təqdim edilib. Amma hələ ki bu məkanlar təsdiqini tapmayıb: « EBU təqdim etdiyimiz bu məkanları bəyənir. Çox güman ki, bu məkanların təsdiqi də yaxın gələcək də baş tutacaq». Hər iki məkanın müsabiqənin keçiriləcəyi “Baku Crystal Hall”a yaxın yerdə yaradılması nəzərdə tutulur. A. Kərimli “EuroVillage” və “Euroclub”un yaradılacağı yerlərin yaxın vaxtlarda elan ediləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR