Bank Of Baku

«Eurovision-2004» qalibi Ruslana Alim Qasımovla duet oxumaq arzusundadır - FOTO

«Eurovision-2004» qalibi Ruslana Alim Qasımovla duet oxumaq arzusundadır - <font color=red>FOTO</font>
# 28 yanvar 2012 09:29 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. «Eurovision-2004» beynəlxalq mahnı müsabiqəsinin qalibi Ruslana Azərbaycanın xalq artisti Alim Qasımovla duet oxumaq arzusundadır.

APA-nın www.eurovision.az saytına istinadən verdiyi xəbərə görə, «Eurovision-2012»nin açarının təqdimetmə mərasimində Alim Qasımovun ifasında «Sarı gəlin» mahnısını dinləyən Ruslana sənətkarla görüşüb: «Mənim üçün konsertin kulminasiyası siz idiniz. Mən öz dostuma deyirdim ki, ondan sonra səhnəyə çıxmaq çətindir. İstedadınıza heyranam. İfanız heyrətamiz idi. Bizi çox təsirləndirdiniz».

«Eurovision 2004»ün qalibi Ruslana Azərbaycanın xalq artisti Alim Qasımovun sənətinə vurğunluğunu belə ifadə edib.

Alim Qasımov isə Ruslananın çıxışlarını televiziya vasitəsilə izlədiyini deyib. Ustad xanəndə ukraynalı müğənnini enerjili və xüsusi texnikaya malik ifaçı kimi bəyəndiyini də qeyd edib. Hətta Ruslana ilə duet oxuya biləcəyini də söyləyib: «Azərbaycan musiqisi çox zəngindir. Onu istənilən ölkənin musiqisi ilə sintez edib, maraqlı eksperimentlər üzə çıxarmaq olar».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR