Bank Of Baku

Bakıda «Mədəniyyət və Azərbaycanın gələcəyi» mövzusunda kulturoloji seminar keçirilib - FOTO

Bakıda «Mədəniyyət və Azərbaycanın gələcəyi» mövzusunda kulturoloji seminar keçirilib - <font color=red>FOTO</font>
# 28 yanvar 2012 09:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), «Simurq» Azərbaycan Mədəniyyət Assosiasiyası və Azərbaycan Kulturoloqlar Cəmiyyətinin təşkilatçılığı ilə «Mədəniyyət və Azərbaycanın gələcəyi» mövzusunda kulturoloji seminar keçirilib. APA-nın məlumatına görə, seminarda çıxış edən «Simurq» Assosiasiyasının prezidenti Fuad Məmmədov bildirib ki, tədbir ölkə prezidentinin sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan-2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının hazırlanması çərçivəsində keçirilir.

Onun sözlərinə görə, Azərbaycan müasir qloballaşan dünyada rəqabətə dözümlü, sabit inkişafını təmin etməlidir. Elm bu inkişafın təmin edilməsində mühüm rol oynaya bilər. Konsepsiyaya əsasən, elmi tövsiyələr tədqiq olunandan sonra bunun əsasında siyasi qərarlar qəbul ediləcək. F.Məmmədov qeyd edib ki, Konsepsiya ilə əlaqədar rəhbərlik etdiyi təşkilat da tövsiyələr hazırlayıb: «Hər bir xalqın özünəməxsus xüsusiyyətləri var və onları bir-birindən fərqləndirən də məhz həmin xüsusiyyətlərdir. Bu xalqları birləşdirən yeganə məram isə mədəniyyətdir. Gələcəkdə nəzərdə tutulan konsepsiya və proqramlarda kulturologiyanın və mədəniyyətşünaslığın elm kimi tədris olunmasını təklif edəcəyik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR