Bank Of Baku

«Eurovision-2011» qalibləri Maltanın münsiflər heyətində təmsil olunacaq

«Eurovision-2011» qalibləri Maltanın münsiflər heyətində təmsil olunacaq
# 28 yanvar 2012 13:31 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. «Eurovision-2011» mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal fevralın 2-dən 6-dək Maltaya səfər edəcəklər.

APA-nın müsabiqənin Azərbaycan üzrə rəsmi saytına istinadən yaydığı xəbərə görə, onlar Maltanın «Eurovision-2012» üçün milli seçimlərində münsiflər heyətinin tərkibində təmsil olunurlar. Eldar və Nigar seçimlərdə münsif qismində iştirak etmək üçün Maltanın müsabiqə üzrə milli yayımçısı tərəfindən təklif alıb. Eurovision mahnı müsabiqəsinin şərhçisi və tanınmış aparıcı Hüsniyə Məhərrəmova isə bu seçimlərdə qonaq qismində iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR