Bank Of Baku

Eldar Qasımov “Eurovision-2011” qalibiyyətindən sonra ilk solo mahnısını təqdim edib

Eldar Qasımov “Eurovision-2011” qalibiyyətindən sonra ilk solo mahnısını təqdim edib
# 29 yanvar 2012 11:27 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Eurovision-2011” mahnı müsabiqəsinin qaliblərindən olan Eldar Qasımov yeni mahnısını təqdim edib. APA-nın məlumatına görə, onun yeni mahnısı Azərbaycan dilindədir. E.Qasımov “Birlikdə nəhayət” adlı yeni mahnısını “Eurovision-2011” Azərbaycan təmsilçisinin seçilməsi üçün keçirilən milli seçimlərin sonuncu günündə canlı efirdə təqdim edib. Sevgidən bəhs edən mahnının bəstəkarı Aleksandr Kalanşikov, sözləri Zəhra Bədəlbəyli və Toniyə məxsusdur. İfaçı bildirib ki, müsabiqə qalibi kimi mahnı seçimi etmək onun üçün çətin olub: “Bu mahnını eşidəndən qulağıma çox yatdı. Həm ritmi, həm mövzusu, həm də Azərbaycan dilində olması ürəyimdən xəbər verdi. Ümid edirəm ki, qalibiyyətdən sonra ilk mahnımı insanlar sevəcək. Bu mahnının uğur qazanacağına ümid edirəm”.

Bütün Avropanın rəğbətini qazanan Eldar Qasımov qalibiyyətlərinin sirrini də iştirakçılarla bölüşüb və növbəti mərhələnin iştirakçıların dözüm diləyib: “Biz Nigarla səhnədə də özümüzü göstərdik və səmimiliyimizi bütün Avropa duydu. Təmsilçimiz kim olursa olsun, bütün həmvətənlilərimi onu dəstəkləməyə çağırıram. Azərbaycan bizim Vətənimizdir və biz hər bir zaman təmsilçimizi dəstəkləməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR