Bank Of Baku

“Eurovision” müsabiqəsinin təşkilati məsələlər üzrə rəhbəri: “Müsabiqənin builki loqosu indiyə kimi mövcud olan ən yaxşı qrafik loqolardandır”

“Eurovision” müsabiqəsinin təşkilati məsələlər üzrə rəhbəri: “Müsabiqənin  builki loqosu indiyə kimi mövcud olan ən yaxşı qrafik loqolardandır”
# 30 yanvar 2012 12:15 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. ““Eurovision” 2012-nin şüarı və loqosu çox gözəldir. Bu, insanı ilhamlandıran bir şüardır. Loqodakı od Azərbaycanla çox bağlıdır. Bu mənada şüarın odla əlaqəli olması məntiqlidir”. APA-nın eurovision.az-a istinadən verdiyi xəbərə görə, bunu “Eurovision” mahnı müsabiqəsinin təşkilati məsələlər üzrə rəhbəri (event supervisor) Sietse Bakker deyib.
Sietse Bekker bildirib ki, bu ilki müsabiqənin loqosu “Eurovision” tarixindəki ən yaxşı qrafik loqolardan biridir: “Od və alovun təcəssüm olunduğu loqonun Bakı şəhərinin bəzədilməsi zamanı, eləcə də televiziya həllini maraqla gözləyirəm. Düşünürəm ki, bu loqonun hər bir məqama uyğunluğu var və hər bir yerdə tətbiq oluna bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR