Bank Of Baku

"Eurovision"un milli seçim turunun yarımfinal mərhələsi başlayır

"Eurovision"un milli seçim turunun yarımfinal mərhələsi başlayır
# 30 yanvar 2012 15:22 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu gündən etibarən "Eurovision 2012" mahnı müsabiqəsinin milli seçim turunun yarımfinal mərhələsinə start verilir. APA-nın məlumatına görə, yarımfinal saat 22:00-da İctimai Teleradionun canlı efirində yayımlanacaq.

Yarımfinalda milli seçimlərin finalına düşmək uğrunda mübarizə aparacaq 8 iştirakçı artıq məlumdur. Bunlar Orxan Kərimli, Məryəm Sadıqova, Xəyyam Mustafazadə, Fəqan Səfərov, Elton İbrahimov, Adil Baxışlı, Səbinə Babayeva və Arzu İsmayılovadır.

Xatırladaq ki, milli seçimlərin canlı efir həftəsinə ötən ilin noyabrın 28-də start verilib. Seçimlərdə səkkiz həftə ərzində 72 iştirakçı növbəti mərhələyə çıxmaq uğrunda mübarizə aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR