Bank Of Baku

Azərbaycanda Gənclər Gününə həsr olunmuş festival keçiriləcək

Azərbaycanda Gənclər Gününə həsr olunmuş festival keçiriləcək
# 30 yanvar 2012 18:01 (UTC +04:00)
Bakı. Ülkər Rəşiqdızı – APA. Azərbaycanda fevralın 2-də qeyd olunan Gənclər Gününə həsr olunmuş tədbirlər bu il ilk dəfə olaraq daha geniş formatda - festival şəklində təşkil ediləcək. “Gəncliyin səsi” festivalı gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının dəstəklənməsi məqsədilə fevralın 1-dən 11-ə qədər keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, fevralın 1-də Vəcihə Səmədova adına sərgi salonunda “Gəncliyin səsi” adlı rəsm sərgisi açılacaq. Sərginin təşkilatçıları Gənclər və İdman Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqıdır. Fevralın 2-də “LN” İncəsənət Mərkəzində gənc rəssam Ülvi Musayevin əsərlərindən ibarət sərgi baş tutacaq. Beynəlxalq Muğam Mərkəzində fevralın 3-də gənc muğam ifaçılarının, 6-da gənc vokalçıların konserti keçiriləcək. Fevralın 7-də Con Tempo ansamblı (bədii rəhbər Nizami Zeynalov, dirijor Fəxrəddin Atayev) Dövlət Kamera və Orqan Musiqisi zalında konsert verəcək. Fevralın 10-da isə yenə də Beynəlxalq Muğam Mərkəzində “Buta” gənclər xorunun konserti olacaq. Xorun bədii rəhbər Elnarə Kərimovadır.

Festival fevralın 11-də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor Fuad İbrahimov) filarmoniyadakı konserti ilə başa çatacaq.

Bütün tədbirlərə giriş pulsuzdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR