Bank Of Baku

“Eurovision-2012”də Azərbaycanı təmsil etmək uğrunda mübarizə aparan yarımfinalçılar öz şanslarını qiymətləndiriblər - FOTOSESSİYA

“Eurovision-2012”də Azərbaycanı təmsil etmək uğrunda mübarizə aparan yarımfinalçılar öz şanslarını qiymətləndiriblər - <font color=red>FOTOSESSİYA</font>
# 31 yanvar 2012 08:25 (UTC +04:00)
APA-nın “eurovision.az” saytına istinadən verdiyi xəbərə görə, SMS və münsiflər heyətinin səsverməsinin nəticələrinə əsasən 8 yarımfinalçıdan 5-i finala vəsiqə qazanacaq. Yarımfinalçılar çıxış ərəfəsində fikirlərini bölüşüb və bu mərhələdə şanslarını dəyərləndiriblər.

Orxan Kərimli bu həftə rəqabətin daha güclü olacağını düşünür: “Çünki bütün iştirakçılar istedadlıdır. Özümə güvənirəm, daha yaxşı hazırlaşacağam. Məncə “Eurovision” təmsilçisinə lazım olan xüsusiyyətlərin hamısı məndə var”.

Məryəm Kərimova növbəti final mərhələsinə vəsiqə qazanmaq arzusundadır: “Bu dəfə də çalışacağam ki, əlimdən gələni edim. Çünki finalda çıxış etmək istəyirəm”.

Xəyyam Mustafazadə bu həftənin onun üçün fərqli olacağını düşünür. Geniş səs diapazonuna malik olan yarımfinalçı yeni layihələrlə tamaşaçıların qarşısına çıxmaq fikrindədir.

“Səkkiz güclü ifaçının çıxışı tamaşaçılara çox gözəl şou vəd edir. Tamamilə fərqli janrda xüsusi repertuar hazırlamışam”. Bu sözlər isə növbəti yarımfinalçı Fəqan Səfərova məxsusdur.

Elton İbrahimovun fikrincə isə yarımfinalçıların hər biri digərindən fərqlənir: “Hamısı parlaq ifaçılardır. Məncə münsiflər heyəti ən düzgün seçimi edəcək. Özümə inanıram və qələbə üçün çalışacağam”.

Ötən il də özünü milli seçimlərdə sınayan Adil Baxışlı bu həftə daha güclü repertuarla çıxış edəcəyini söyləyib: “Çox yaxşı hazırlaşmışam. Güclü rəqiblərim var. Özümü finalda görürəm”.

Ən şanslı namizədlərdən sayılan Səbinə Babayeva həftə ərzində özümü layiqincə təqdim etməyə çalışacağını vurğulayıb: “Budəfəki mübarizənin həm gərgin, həm də maraqlı olacağına inanıram”.

Çıxış etdiyi həftədə təcrübə əldə etdiyinin bildirən sonuncu yarımfinalçı Arzu İsmayılova isə özümü finalda gördüyünü qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR