Bank Of Baku

Azərbaycan dramaturqunun pyesi Kumık Teatrında anşlaqla nümayiş etdirilir

Azərbaycan dramaturqunun pyesi Kumık Teatrında anşlaqla nümayiş etdirilir
# 31 yanvar 2012 13:24 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Rusiya Federasiyası Dağıstan Respublikasının Kumık Teatrında Azərbaycan dramaturqu Əli Əmirlinin “Varlı qadın” pyesi əsasında hazırlanmış tamaşa böyük uğurla göstərilir. Ə. Əmirlinin APA-ya verdiyi məlumata görə, pyesin hər tamaşası anşlaqla keçir. Bu ilin mayında teatr bu uğurlu tamaşası ilə İstanbulda keçiriləcək Bosfor Teatr Festivalında çıxış edəcək.

Pyesin süjeti bütün zamanlar üçün aktualdır. Kasıb ailə bir günün içində varlanır. Elə həmin sürətlə də ailə dəyərləri alt-üst olur. Varlanmış ailənin üzvləri maddi zənginliyə qovuşur, əvəzində isə mənəviyyatlarını itirirlər. Əli Əmirlinin “Varlı qadın” komediyası on ildən çoxdur ki, Azərbaycandan kənarda da böyük uğur qazanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR