Bank Of Baku

Litva “Eurovision -2012” üçün təmsilçisinin seçimlərinə bu həftə başlayır

Litva “Eurovision -2012” üçün təmsilçisinin seçimlərinə bu həftə başlayır
# 01 fevral 2012 14:26 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Litva “Eurovision – 2012” mahnı müsabiqəsi üçün təmsilçisinin seçimlərinə başlayır. APA-nın məlumatına görə, milli seçimə şənbə günü - fevralın 4-də start verəcək. Yarımfinal, eləcə də final mərhələsi fevral-mart aylarında keçiriləcək. Sabah keçiriləcək xüsusi mətbuat-konfransında Litvanın milli seçim turunun qaydaları və formatı bəlli olacaq.

Bildirilir ki, Litvanın “Eurovision” Mahnı Müsabiqəsi – 2012-dəki təmsilçiliyi uğrunda ümumilikdə 47 namizəd iştirak edəcək. Səslərin sayılmasında tamaşaçıların və münsiflər heyətinin rəyi nəzərə alınacaq. Milli finalda 3 namizəd iştirak edəcək və münsiflər heyəti onların arasından ən layiqlisini seçəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR