Bank Of Baku

“Eurovision”un rəsmi saytında “Leyli və Məcnun” operasından fotolar yerləşdirilib

“Eurovision”un rəsmi saytında “Leyli və Məcnun” operasından fotolar yerləşdirilib
# 02 fevral 2012 10:06 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Eurovision” mahnı müsabiqəsinin rəsmi internet saytında Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından, eləcə də Akademik Milli Dram və ÜNS Teatrının səhnəsində nümayiş etdirilən tamaşalardan fotolar yerləşdirilib. APA-nın məlumatına görə, səhifədə Bakı şəhərinin sosial-mədəni həyatı ilə bağlı silsilə fotoreportajlar verilib.

Qeyd edək ki, “Eurovision 2012”nin işçi qrupunun hazırladığı “Həftəlik Bakı” layihəsi çərçivəsində “eurovision.tv” saytında paytaxtın mədəni həyatında baş verən əsas hadisələrdən fotolar yerləşdirilir. Layihəyə artıq üç həftədir start verilib. Növbəti həftəlik fotolar arasında “Eurovision 2012”nin açar təqdimetmə və püşkatma mərasimindən kadrlar da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR