Bank Of Baku

Portuqaliya, Rumıniya, Slovakiya və İspaniya “Eurovision-2012”yə hazırlaşır

Portuqaliya, Rumıniya, Slovakiya və İspaniya “Eurovision-2012”yə hazırlaşır
# 02 fevral 2012 14:00 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Portuqaliya martın 10-da “Eurovision 2012” təmsilçisini seçəcək. APA-nın məlumatına görə, həmin gün 12 finalçı arasından ölkəni Bakıdakı 57-ci “Eurovision” şousunda təmsil edəcək ifaçı müəyyənləşdiriləcək.

İslandiyanın milli finalı isə ölkənin ən böyük “Harpa” konsert salonunda keçiriləcək. Fevralın 11-də təşkil olunacaq finalda 7 nəfər ölkə təmsilçisi adı uğrunda yarışacaq. Milli finalın biletləri ötən həftə satışa çıxarılıb və bir neçə dəqiqə ərzində satılıb.

Rumıniyanın təmsilçisi martın 10-da müəyyənləşəcək. Hazırda Rumıniya təmsilçisinin şouda ifa edəcəyi mahnının seçiminə başlanıb.

Slovakiya təmsilçinin adı martın 1-də açıqlanacaq. 1998-ci ildən müsabiqədə iştirak etməyən Slovakiya 2009-cu ildə yenidən “Eurovision”a qayıdıb. Lakin son 3 ildə finala keçə bilməyib.

Martın 3-də isə İspaniya təmsilçisinin mahnısı bəlli olacaq. Həmin axşam ölkə təmsilçisi Pastora Soler 3 mahnı ilə çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR