Bank Of Baku

“Eurovision-2012” mahnı müsabiqəsində iştirak edəcək 43 ölkənin təmsilçisi və mahnısı martın 20-nə kimi məlum olacaq

“Eurovision-2012” mahnı müsabiqəsində iştirak edəcək 43 ölkənin təmsilçisi və mahnısı martın 20-nə kimi məlum olacaq
# 03 fevral 2012 08:37 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. “Eurovision-2012” mahnı müsabiqəsində iştirak edəcək 43 ölkənin təmsilçisi və mahnısı martın 20-nə kimi məlum olacaq. APA-nın məlumatına görə, bu barədə eurovision.az saytına müsabiqənin təşkilati məsələlər üzrə rəhbəri Sietse Bakker deyib.

Onun sözlərinə görə, bütün iştirakçı ölkələrin təmsilçiləri və onların ifa edəcəyi mahnılar qeyd olunan tarixədək müəyyənləşməlidir. Təşkilati məsələlər üzrə rəhbər onu da bildirib ki, martın ikinci yarısında Bakıda növbəti toplantı keçiriləcək və həmin görüşdə Avropa Yayım Birliyi (EBU) müsabiqədə iştirak edəcək ölkələrin təmsilçiləri və mahnılarını təsdiqləyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR