Bank Of Baku

Malta “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisini müəyyənləşdirib

Malta “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisini müəyyənləşdirib
# 06 fevral 2012 07:14 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Malta Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi üçün təmsilçisini müəyyənləşdirib. APA-nın məlumatına görə, Maltada 16 finalçı arasından Kurt Calleja “This Is The Night» mahnısı ilə təmsilçi adı qazanıb. K. Callej fevralın 12-də Bakıya gələcəyini də bildirib. Kurt Calleja may ayında keçiriləcək müsabiqə ərəfəsində Bakıda çıxış edəcək. Bu barədə ötən gün qələbəsindən sonrakı mətbuat konfransında Kurt Calleja özü məlumat verib. Malta təmsilçisi Heydər Əliyev Sarayında Azərbaycanın “Eurovision 2012” təmsilçisinin seçimlərində “This Is The Night» mahnısını ifa edəcək. Fevralın 4-də keçirilən milli final gecəsində, həmçinin Maltanın “Eurovision 2011” təmsilçisi Qlen Vella (Glen Vella), Fransanın builki “Eurovision” mahnı müsabiqəsindəki təmsilçisi Anggun çıxış edib.
Final gecəsinin maraqlı məqamı isə Azərbaycanla bağlı olub. Tamaşaçılar Malta təmsilçisinin seçimlərində münsiflər heyətinin tərkibində təmsil olunan, “Eurovision 2011” müsabiqəsinin qalibləri Eldar və Nigarı sevgi ilə qarşılayıblar. Eldar və Nigar Maltadakı finalda duet ifası ilə yanaşı, yeni solo mahnılarını da təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR