Bank Of Baku

İnternetdə “Eurovision -2012” ilə bağlı 15-ə yaxın qeyri-qanuni səhifənin fəaliyyətinin dayandırılması üçün müraciət edilib

İnternetdə “Eurovision -2012” ilə bağlı 15-ə yaxın qeyri-qanuni səhifənin fəaliyyətinin dayandırılması üçün müraciət edilib
# 06 fevral 2012 09:51 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Eurovision -2012” mahnı müsabiqəsi ilə bağlı müxtəlif internet saytları, eləcə də facebook, twitter və digər sosial şəbəkələrdə qeyri-qanuni olaraq rəsmi ad altında açılan səhifələrlə bağlı tədbirlər görüləcək. APA-nın eurovision.az saytına istinadən yaydığı xəbərə görə, bunu müsabiqənin təşkilati işlər üzrə rəhbəri Sietse Bekker deyib.
Sietse Bekkerin sözlərinə görə, bu problem çox tez-tez baş verir və müxtəlif şəxslər rəsmi ad altında səhifələr yaradır. “Biz bunları aşkar etdikdə onların bağlanması təklifi ilə müraciət edirik”. Sietse Bekker 2012-ci il ərzində 15-ə yaxın səhifənin fəaliyyətinin dayandırılması üçün müraciət olunduğunu deyib.

Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsinin rəsmi səhifəsi adı altında fəaliyyət göstərən müxtəlif internet saytlarında və sosial şəbəkələrdə layihəyə dair ictimaiyyəti çaşdıran yanlış informasiyalar verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR