Bank Of Baku

Ermənistanın “Eurovision” təmsilçisi olmağa 4 iddiaçı var

Ermənistanın “Eurovision” təmsilçisi olmağa 4 iddiaçı var
# 07 fevral 2012 13:51 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Ermənistanı “Eurovision-2012” mahnı müsabiqəsindəki mümkün təmsilçiləri məlumdur. APA-nın “escdaily.com”a istinadən yaydığı xəbərə görə, Ermənistan İctimai Televiziyasından bildirilib ki, onlar ifaçını daxili seçmə yolu ilə müəyyənləşdirəcəklər. Bir çox ifaçı artıq ölkəni təmsil etmək arzusunda olduğunu bildirib. Onların arasında ən məşhuru ötən illərdə “Eurovision”da çıxış edən Eva Rivasdır. Digər namizəd avstriyalı Sanil Jonesdır. O, Ermənistanı “Fire” mahnısı ilə təmsil etmək istəyindədir. Daha bir namizəd – Lusina Moondur. Əslən bakılı olan Lusina sonradan Ermənistana köçüb və orada böyüyüb, daha sonra isə ABŞ-a yollanıb. Sonuncu namizəd isə “Dorians” qrupudur. Qrup Ermənistanda xeyli populyardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR