Bank Of Baku

Gədəbəy “Azərbaycanın əfsanələr paytaxtı”, Masallı “Azərbaycanın folklor paytaxtı”, Quba isə “Azərbaycanın sənətkarlıq paytaxtı” elan edilib

Gədəbəy “Azərbaycanın əfsanələr paytaxtı”, Masallı “Azərbaycanın folklor paytaxtı”, Quba isə “Azərbaycanın sənətkarlıq paytaxtı” elan edilib
# 07 fevral 2012 13:52 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. 2012-ci ildə Gədəbəy “Azərbaycanın əfsanələr paytaxtı”, Masallı “Azərbaycanın folklor paytaxtı” və Quba şəhəri “Azərbaycanın sənətkarlıq paytaxtı” elan edilib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,
yaradıcılıq paytaxtların elan edilməsində məqsəd Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq milli folklor ustaları və kollektivlərinin, sənətkarların, milli adət-ənənələrin və eyni zamanda, respublikanın şəhər və rayonlarının beynəlxalq səviyyədə tanıdılması, daxili və xarici turizmin inkişafıdır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramının icrası ilə bağlı 2012-ci il üçün diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə “paytaxt” seçilmək üçün 20-yə yaxın şəhər namizədliklərini irəli sürüblər. Təqdim olunmuş təkliflər müvafiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınmaqla təhlil edilib və məsələ ilə əlaqədar Gədəbəy, Masallı və Qubada il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfransların, dəyirmi masaların, konsertlərin, müsabiqələrin, festivalların, sərgilərin, yarmarkaların, infoturların və sair tədbirlərin təşkili nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR