Bank Of Baku

Azərbaycanın gənc musiqiçiləri Estoniyada keçirilən beynəlxalq müsabiqədə II yaş qrupunda I mükafata layiq görülüblər

Azərbaycanın gənc musiqiçiləri Estoniyada keçirilən beynəlxalq müsabiqədə II yaş qrupunda I mükafata layiq görülüblər
# 07 fevral 2012 13:58 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Estoniyanın Narva şəhərində gənc ifaçıların Şopen adına IX beynəlxalq müsabiqəsi keçirilib. APA-nın məlumatına görə, 29 yanvar – 5 fevral tarixlərində keçirilən müsabiqədə Estoniya, Azərbaycan, Ukrayna, Rusiya, Polşa, Özbəkistan, Latviya, Litva və Belarusdan 62 ifaçı iştirak edib.

Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin XI sinif şagirdi, prezident təqaüdçüsü Rüstəm Zeynalov (müəllim Mirzəquliyeva Dilarə), müsabiqənin “Qran-pri” mükafatına, IX sinif şagirdi Nərmin Nəcəfli (müəllim Rəhimova Ədilə) II yaş qrupunda I mükafata və F. Şopen İnstitutunun xüsusi diplomuna layiq görülüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR