Bank Of Baku

Maltanın Eurovision-2012 təmsilçisi Kurt Calleja: “Malta xalqını, ölkəmi bu cür mötəbər yarışda təmsil etməkdən qürur hissi keçirirəm”

Maltanın Eurovision-2012 təmsilçisi Kurt Calleja: “Malta xalqını, ölkəmi bu cür mötəbər yarışda təmsil etməkdən qürur hissi keçirirəm”
# 08 fevral 2012 09:25 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. “Bu mənim gözlədiyim ən həyəcanlı musiqi müsabiqəsidir və Malta xalqını, ölkəmi bu cür mötəbər yarışda təmsil etməkdən qürur hissi keçirirəm”. APA-nın məlumatına görə, bu fikirləri “Eurovision” müsabiqəsinin rəsmi internet saytına müsahibəsində Maltanın Bakıda keçiriləcək 57-ci müsabiqəsindəki təmsilçisi Kurt Calleja deyib. Təmsilçi bu məsuliyyəti tək yox, bütün komandası ilə daşıyacağını qeyd edib. O, tamaşaçılardan digər namizədlər arasında daha çox xal topladığı və təmsilçi adı qazandığı üçün xoşbəxt olduğunu da fikirlərinə əlavə edib: “Mənim üçün bu etimadı qazanmaq çox böyük əhəmiyyət kəsb edir. Tamaşaçıların çəkdiyimiz əziyyəti dəyərləndirmələri bizlərə böyük stimul verir. Bunu heç gözləmirdim, amma 16 namizəd arasından ən çox bal qazanmaq mənim üçün artıq bir qələbədir. Musiqi mənim üçün əsas prioritetdir. «Eurovision»un keyfiyyəti hər il daha da yüksəlir, sevimli müğənnilər peyda olur». Ötən ilin qalibləri Eldar və Nigarın ifa etdikləri “Running Scared” mahnısını çox sevdiyini deyən Kurt Calleja daha çox rok-n-roll janrına üstünlük verdiyini də vurğulayıb.

Qeyd edək ki, Malta təmsilçisi fevralın 12-də Heydər Əliyev Sarayında Azərbaycanın Eurovision -2012 təmsilçisinin müəyyən olunması üçün keçiriləcək Milli Finalda iştirak etmək üçün Bakıya gələcək. Kurt Calleja Bakı səhnəsində "This is my life" mahnısıyla çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR