Bank Of Baku

“Eurovision-2012” İşçi Qrupunun PR və kommunikasiya rəhbəri: “Azərbaycanla bağlı tarixi həqiqətləri əks etdirməyən məqamlar Eurovision.tv saytından çıxarılıb”

“Eurovision-2012” İşçi Qrupunun PR və kommunikasiya rəhbəri: “Azərbaycanla bağlı tarixi həqiqətləri əks etdirməyən məqamlar Eurovision.tv saytından çıxarılıb”
# 08 fevral 2012 10:54 (UTC +04:00)
Təbii ki, onlar bizimlə razılaşdılar. Bir həmkar kimi onlar bizim bu və ya digər müraciətlərimizə hər zamankı kimi adekvat reaksiya verdilər və sizin dediyiniz tarixi həqiqətləri əks etdirməyən həmin məqam saytdan çıxarılıb. Çox qısa vaxtda saytda bütün istifdəçilər ölkəmiz haqqında daha mükəmməl yazını oxuya biləcəklər».

Bu fikirləri APA-nın Eurovision mahnı müsabiqəsinin rəsmi internet saytında Azərbaycan haqqında yerləşdirilən yanlış informasiya ilə bağlı suala cavab olaraq Eurovision -2012 mahnı müsabiqəsinin İşçi Qrupunun PR və kommunikasiya rəhbəri Tahir Məmmədov deyib. Eurovision.tv saytında bu informasiyaları yerləşdirilməsi ilə bağlı sualımıza cavab olaraq isə Tahir Məmmədov sözügedən informasiyanın kökünü də açıqlayıb: “Bu, materialı hazırlayan müəllifin deyil, onun istinad etdiyi mənbəyin səhvidir. Onlar isə bu məlumatları beynəlxalq ensiklopediya hesab olunan Vikipediyadan götürürlər. Bu cür məqamlardan müxtəlif yozumlu yazılar hazırlayan bəzi həmkarlarımız isə yaxşı olar ki, bircə dəfə vaxtlarını Vikipediya kimi yanlış informasiyalarla dolu beynəlxlq ensiklopediyalardakı səhvlərin düzəldilməsinə sərf etsinlər. Bax, bu əsl vətəndaş mövqeyi olardı».

Qeyd edək ki, Eurovision mahnı müsabiqəsinin rəsmi saytında Azərbaycanla bağlı bölümdə ölkə qeyri-türk dövləti kimi göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR