Bank Of Baku

Eldar Qasımov və Nigar Camal: “Beş finalçı ilə birgə biz də çox həyəcanlıyıq”

Eldar Qasımov və Nigar Camal: “Beş finalçı ilə birgə biz də çox həyəcanlıyıq”
# 09 fevral 2012 18:09 (UTC +04:00)
Bakı. Ulkər Rəşidqızı - APA. “Eurovision-2012” Azərbaycan təmsilçiliyi adı uğrunda mübarizə aparacaq beş finalçının hər birinə uğurlar arzulayırıq. Beş finalçı ilə bahəm, biz də çox həyəcanlıyıq. Əlbəttə, istərdik ki, bu gözəl müsabiqədə ən layiqli namizəd bizi təmsil etsin”. APA-nın eurovision.az saytına istinadən yaydığı xəbərə görə, bu sözləri Eurovision-2011-in qalibləri Eldar Qasımov və Nigar Camal deyib. Həm Eldar, həm də Nigar Azərbaycanı bu mötəbər mahnı yarışmasında təmsil etmək istəyən “beşliyə” əllərindən gələn köməkliyi göstərməyə hazır olduqlarını bildiriblər. Eldar Qasımov deyib ki, avropalıların, bütün ölkə təmsilçilərinin Azərbaycanla bağlı gözəl təəssüratlar yaradılması arzusundadır: “Hər halda biz bu yolu keçdik və az-çox təcrübəyə malikik. İstərdik ki, bu il də Azərbaycan üçün çox uğurlu olsun. Ölkəmizin “Eurovision”dakı qələbələrinin sayı artsın. Biz seçilən təmsilçiyə də hər an dəstək ola bilərik. Kim seçiləcəksə, çəkinmədən istədiyi vaxt bizə sual ünvanlandıra bilər”.
Nigar Camal da öz növbəsində bütün finalçılara uğurlar arzuladığını vurğulayıb və öz növbəsində hər zaman onlara kömək etməyə hazır və yanında olduğunu ifadə edib.
Bildirilir ki, fevralın 12-də Heydər Əliyev Sarayında keçiriləcək “Eurovision 2012” milli final gecəsinə Eldar və Nigar da iştirak edəcək. Ötən ilin qalibləri finalçılara dəstək olmaq üçün onlarla eyni səhnədə çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR