Bank Of Baku

İsveçrənin “Sinplus” qrupu: “Bakıda maraqlı və yaddaqalan çıxış etmək istəyirik”

İsveçrənin “Sinplus” qrupu: “Bakıda maraqlı və yaddaqalan çıxış etmək istəyirik”
# 10 fevral 2012 09:14 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Bakı səhnəsində maraqlı və yaddaqalan çıxış hazırlamaq üçün hələ zamanımız var. Sevindirici haldır ki, qısa müddət ərzində insanlardan dəstək almağa başlamışıq və artıq sevilirik. Çox həyəcanlıyıq”. APA-nın məlumatına görə, bu sözləri “Eurovision.tv”yə müsahibəsində “Eurovision-2012” mahnı müsabiqəsində İsveçrəni təmsil edəcək “Sinplus” qrupunun üzvləri deyiblər.

Bakı səhnəsində “Unbreakable” mahnısı ilə çıxış edəcək qrup üzvləri şanslarını qiymətləndiriblər və musiqinin gücünə inandıqlarını bildiriblər: “Biz musiqinin gücünə inanırıq və standart “Eurovision” üslubunda bir mahnı ifa etməyəcəyimizə sevinirik. Həqiqətən də bizim hazırladığımız mahnı seçilir. Yəqin ki, bu fərqlilik bizə uğur qazandıracaq və qalibiyyət gətirəcək”.

Musiqiçilər “Sinplus” sözünün xüsusi məna kəsb etmədiyini də əlavə ediblər. Bildiriblər ki, bu ad maraq doğurduğu üçün məhz bu ad altında fəaliyyət göstərəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR