Bank Of Baku

Azərbaycanın « Eurovision -2012 » milli finalı televiziya və internetdə canlı yayımlanacaq

Azərbaycanın « Eurovision -2012 » milli finalı televiziya və internetdə canlı yayımlanacaq
# 10 fevral 2012 14:29 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın « Eurovision-2012 » təmsilçisinin seçilməsi üçün fevralın 12-də keçiriləcək milli final İctimai Televiziya və «Eurovision.tv»-dən canlı yayımlanacaq. APA-nın eurovision.az saytına istinadən yaydığı xəbərə görə, final gecəsi tamaşaçıları maraqlı şou gözləyir.

Heydər Əliyev Sarayında keçiriləcək milli finalda bir çox sənət adamları, Azərbaycanın ötən illərdəki « Eurovision » təmsilçiləri çıxış edəcək. Şounun aparıcıları Hüsniyə Məhərrəmova, Leyla Əliyeva və Kamran Quliyev olacaq.

Milli final yerli vaxtla saat 21:00 başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR