Bank Of Baku

Gələn il bəzi Latın Amerikası ölkələrində Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Gələn il bəzi Latın Amerikası ölkələrində Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
# 11 fevral 2012 10:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Gələn il Argentinada və bir sıra Latın Amerikası ölkələrində Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi planlaşdırılır. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib.

Ə. Qarayevin sözlərinə görə, hazırda bu istiqamətdə müəyyən işlər görülür. Ötən il analoji tədbirlər Meksika və Kubada təşkil olunub.

Nazirin sözlərinə görə, bu tip tədbirlər Azərbaycanın tanınması, ölkə həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR