Bank Of Baku

Elza İbrahimova ilə vida mərasimi keçirilib - FOTOSESSİYA

Elza İbrahimova ilə vida mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 11 fevral 2012 13:13 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycan İncəsənət Gimnaziyasında keçirilən mərasimin aparıcısı, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə mərhum bəstəkarın həyat və fəaliyyəti haqqında danışaraq onu korifey sənətkar kimi xarakterizə edib. F. Əlizadə deyib ki, E. İbrahimova musiqi maarifçisi olmaqla yanaşı, bir bəstəkar kimi də Azərbaycan musiqi mədəniyyəti tarixində iz qoyub: “Elza İbrahimova böyük bəstəkar Qara Qarayevin sinifində təhsil alıb və tələbəlik illərindən özünü uğurla tanıda bilib. Azərbaycan musiqisi yaşadıqca Elza İbrahimova da yaşayacaq”.

Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi E. İbrahimovanın dünyasını dəyişməsini musiqi mədəniyyəti üçün böyük itki adlandırıb: “Elza İbrahimova sağlığında Azərbaycan xalqının qəlbində abidə qoya bildi. Bu isə hər insana nəsib olan xoşbəxtlik deyil”.

E. İbrahimovanın qardaşı Çingiz İbrahimov mərhumun yaxınları adından mərasimdə iştirak edənlərə və hökumətə hörmət və ehtiramını bildirib.

Mərasim zamanı jurnalistlərə E. İbrahimova haqqında açıqlama verən bəstəkarın həmkarları və tanınmış sənət adamları - Dövlət Muğam Teatrının rəhbəri Arif Qazıyev, xalq artisti Flora Kərimova, əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova, əməkdar artist Teymur Əmrah və digərləri Elza İbrahimovanı Azərbaycan musiqi sənətinin korifeyi adlandırıblar.

Qeyd edək ki, Elza İbrahimova uzun sürən xəstəlikdən sonra ötən gecə 74 yaşında dünyasını dəyişib. O, bir müddət əvvəl ensefalopatiya diaqnozu (beyin-qan dövranının pozulması) ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi.

E. İbrahimova 1938-ci il yanvarın 10-da anadan olub. 1992-ci ildən Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi idi. O, bir sıra yaddaqalan romans və mahnıların müəllifidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR