Bank Of Baku

“İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi tərəfindən “Virtual İçərişəhər turu” istifadəyə verilib

“İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi tərəfindən “Virtual İçərişəhər turu” istifadəyə verilib
# 22 fevral 2012 14:38 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi tərəfindən “Virtual İçərişəhər turu” istifadəyə verilib. APA-nın məlumatına görə, “Virtual İçərişəhər turu”nun açılışında çıxış edən qoruq idarəsinin rəis müavini Samir Nuriyev bildirib ki, layihənin əsas məqsədi İçərişəhəri daha da populyarlaşdırmaq və buradakı tarixi və mədəni abidələri təbliğ etməkdir.

Qoruq İdarəsinin saytında yerləşdirilən və İçərişəhərin gecə və gündüz görüntülərindən ibarət bu xidmətin köməyi ilə ziyarətçilər İçərişəhərə virtual səyahət edə biləcəklər. Virtual tur İçərişəhərdəki əsas turist marşrutlarını və abidələri əhatə edir. Tur 80-ə yaxın dayanacaq nöqtəsindən və 150-dən artıq ponorama şəkillərindən ibarətdir. Gələcəkdə virtual turdakı dayanacaq nöqtələrinin sayı daha da artırılacaq. 360 dərəcəlik panorama və bir-birinə keçid imkanı olan şəkillərdən ibarət bu xidmətdən turistlər, xaricdə yaşayan və buranı əyani zayarət edə bilməyən şəxslərlə yanaşı, Azərbaycan vətəndaşları da istifadə edə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR