Paşha Bank
Bank Of Baku

Böyük Britaniyada güclü fırtına 1500-dən çox aviareysin gecikməsinə səbəb olub

Böyük Britaniyada güclü fırtına 1500-dən çox aviareysin gecikməsinə səbəb olub
# 26 oktyabr 2026 00:49 (UTC +04:00)

Böyük Britaniyada “Boelo” fırtınası səbəbindən hava nəqliyyatının fəaliyyətində ciddi fasilələr yaranıb.

“The Sunday Telegraph” qəzetinin “FlightAware” xidmətinin məlumatlarına istinadən verdiyi xəbərə görə, ölkənin hava limanlarında 1500-dən çox aviareys gecikib.

Bildirilib ki, uçuşların orta gecikmə müddəti təxminən iki saat təşkil edib. Ən çox təsirlənən hava limanları London, Mançester, Edinburq və Qlazqoda yerləşir.

Şotlandiyada güclü külək nəticəsində ağacın aşması 60 yaşlı kişinin ölümünə səbəb olub.

Son günlər regionda qeydə alınan ikinci güclü fırtına zamanı küləyin sürəti Şotlandiyanın bəzi ərazilərində saniyədə 38 metrə, İngiltərədə isə 31,1 metrə çatıb.

Elektrik xətlərinin zədələnməsi nəticəsində 82 mindən çox ev işıqsız qalıb.

Böyük Britaniyanın Meteorologiya Xidməti ölkənin bütün şimal hissəsi üçün sarı və narıncı təhlükə xəbərdarlıqlarını qüvvədə saxlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR