Eldar Qasımov və Nigar Camal: “3 dəqiqə həyatımızda çox şeyi dəyişdi” - FOTOSESSİYA
Bakı. Ülkər Rəşidqızı – APA. Eurovision Mahnı Müsabiqəsində 1957-ci ildən etibarən hər mahnının 3 dəqiqədən ibarət olması qərarı qəbul olunub. Bu, tamaşaçılar üçün adi bir zaman kəsiyi olsa da, həmin səhnədən ölkələrinə qalib kimi qayıdanlar bu anı ömür boyu xatırlayırlar. Çünki cəmi 3 dəqiqənin hökmü ilə onların həyatında hər şey tamamilə dəyişilir. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, Eurovision səhnəsinin qalibləri Ruslana, Aleksandr Rıbak, Lena Mayer, Eldar və Nigar qələbə təəssüratlarını paylaşıblar.
Qalibiyyəti xatırlayan “Eurovision-2004”ün qalibi Ruslana həmin dəqiqələri belə xatırlayır: “Çox xoşbəxt dəqiqələr idi. Bu bütün iştirakçılar üçün belədir. Burada qalib olub-olmamaq vacib deyil. 3 dəqiqə sənin bütün həyatını dəyişir. Əsas odur ki, sən bir musiqiçi kimi tamamilə başqa pilləyə qədəm qoyursan. 3 dəqiqədə hər şey dəyişilir. O, sənin həyatını 2 hissəyə bölür - 3 dəqiqədən əvvəl sən zirvəyə doğru getmək barədə düşündüyün təqdirdə, 3 dəqiqədən sonra sən özünü həqiqətən güclü hiss edirsən. Sənə elə gəlir ki, hər şey edə bilərsən”.
“Eurovision-2009”un qalibi Aleksandr Rıbak isə bildirib ki, televiziyadakı 3 dəqiqə bu anın əsl mahiyyətini tam ifadə etmir: “O müddətə qədər sən nə qədər hazırlıq prosesi keçirsən. Bu hadisəyə başlayana qədər sən nə qədər emosiyalara qapılırsan. Əlbəttə, indi mənim üçün “şan-şöhrət o qədər də vacib deyil” demək asandır. Çünki mən ona nail olmuşam. Lakin mən həqiqi sevinc hisslərini “Nağıl”ımı yaratdığım zaman yaşadım!”
“Eurovision-2010”un qalibi Lena Mayer isə bu üç dəqiqənin həyatında çox vacib an olduğunu deyib: “Bu 3 dəqiqə mənim həyatımda çox vacib an oldu. Əgər mən həmin 3 dəqiqəlik mahnımı oxumasaydım, indi burada olmazdım. O, hər şeyi dəyişdi. Mən indi populyar musiqiçiyəm, 3-cü albomumu hazırlayıram. Həmin 3 dəqiqə sayəsində həyatımda hər şey yaxşı gedir”.
“Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal isə bu 3 dəqiqənin həyatlarında hər şey olduğunu bildiriblər: “3 dəqiqə həyatımızda çox şeyi dəyişdi. Təbii ki, bu dəyişikliklər təkcə sənin xarici görünüşünə deyil, daxili aləminə, xasiyyətinə də təsir edir.
Davranışın, düşüncələrin dəyişir. Bu qalibiyyətdən sorna sən daha məsuliyyətli olursan. Kamera qarşısında nə dediyinə, necə davrandığına fikir verməlisən. Bu 3 dəqiqə bizi insanlara sevdirdi. Sevgi isə insanları hər zaman xoşbəxt edir”.
Mədəniyyət siyasəti
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Xəbər Lenti
Almaniyada kruiz gəmisi konteynerdaşıyan gəmi ilə toqquşub
Böyük Britaniyada güclü fırtına 1500-dən çox aviareysin gecikməsinə səbəb olub
Salvini İtaliyanın Ukraynaya yardımı dayandırmasını tələb edəcək
ABŞ və Kanada ticarət razılaşması üzrə danışıqları intensivləşdirib
Bloomberg: Demokratlar Epşteyn işi üzrə yeni araşdırmaya hazırlaşırlar
Tramp ABŞ, Rusiya və Ukrayna arasında danışıqların tezliklə keçiriləcəyini gözləyir
Əfqanıstanda 5,2 maqnitudalı zəlzələ baş verib
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat dəstəyini tam bərpa edib
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Husilər Səudiyyə Ərəbistanında hava limanına və hərbi bazalara raket zərbələri endirib
Səudiyyə Ərəbistanında raket qalıqlarının düşməsi nəticəsində iki nəfər yaralanıb
ABŞ Prezidenti Rusiya ilə dizel yanacağı razılaşmasını yüksək qiymətləndirib
Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB
Tramp: İranla razılaşma əldə olunmasa, hərbi əməliyyat keçirə bilərik
Tramp Ukrayna münaqişəsinin həllində irəliləyiş gözlədiyini bildirib
İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazanıb, “Yunayted” öz meydanında darmadağın olub
U-15 dünya çempionatı: Yığmamız Avstraliya millisinə uduzub
Türkiyəli jurnalist: Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib
Sənan Süleymanov dünya çempionu olub
"Sabah" - "Qarabağ" qarşılaşmasında hesab açılmayıb
Ebola təhlükəsi: Uqanda 21 günlük karantin tətbiq edib
Türkiyə ilə Ermənistan arasında tarixi Ani körpüsünün bərpası üçün tender başa çatıb
Qabon sahillərində neft platforması batıb, ölən və itkin düşənlər var
Güləşçi Eldəniz Əzizli beşinci dəfə dünya çempionu olub
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi insidentlə bağlı 5 nəfər həbs edilib - YENİLƏNİB
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB-1
Fransada yeni kütləvi etirazlar və ümummilli tətil elan olunub
Böyük Britaniyada güclü fırtına fəsadlara səbəb olub
Liviyanın Baş naziri Trampın ölkəsi barədə açıqlamasına etiraz edib
Səudiyyə Ərəbistanına atılan 10 ballistik raket zərərsizləşdirilib
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir
Fransada 1300-dən çox şəxsin saxlanıldığı toqquşmalar - FOTOLENT
Obama Tramp administrasiyasının İran siyasətini tənqid edib
Ər-Riyad hava limanında beynəlxalq uçuşlar bərpa olunub
Putin: Rusiya qazı hələ də Avropanın mayeləşdirilmiş təbii qaz bazarının 20 faizini təşkil edir
Bolqarıstanda prezident seçkiləri: 27 namizəd mübarizə aparır, ikinci tur gözlənilir
Kreml: Rusiya noyabrın 4-dən sonra ABŞ və Ukrayna ilə üçtərəfli danışıqları bərpa etməyə hazırdır
U-15 dünya çempionatı: Yığmamız Avstraliya ilə qarşılaşacaq
Bakı Bulvarında Zeytun Festivalının son günüdür - FOTOLENT
Rusiya ABŞ-a istənilən həcmdə dizel yanacağı tədarük etməyə hazır olduğunu açıqlayıb
Kreml: Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb
Husilər Ər-Riyad hava limanını yenidən vuracaqları ilə hədələyiblər
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti qələbəsini qazanıb - FOTOLENT - YENİLƏNİB
Litva Avropa İttifaqında saatların dəyişdirilməsinin ləğvi üçün səsvermə təşəbbüsü ilə çıxış edib
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
ISW: Ukrayna ordusu Rusiyanın Kupyansk istiqamətində irəliləməsinə mane olur
Ramanada tullantılar tinglərlə dəyişdiriləcək
İran ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb