Bank Of Baku

Cizgi filmləri müsabiqəsində 5-10 dəqiqəlik yüksək səviyyəli cizgi filmi yaratmaq qabiliyyəti nümayiş etdirən olmayıb

Cizgi filmləri müsabiqəsində 5-10 dəqiqəlik yüksək səviyyəli cizgi filmi yaratmaq qabiliyyəti nümayiş etdirən olmayıb
# 24 fevral 2012 08:01 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bir dəqiqəlik cizgi filmləri müsabiqəsinə yekun vurulub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bir dəqiqəlik cizgi filmləri müsabiqəsinə daxil olmuş işlər münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Filmlərin bir qisminin reqlamentə uyğun olmadığı qənaətinə gəlinib. Eyni zamanda qeyd olunub ki, iştirakçılar müstəqil olaraq yüksək səviyyəli 5 və ya 10 dəqiqəlik cizgi filmi yaratmaq qabiliyyətini nümayiş etdirməyiblər. Bu səbəbdən nəzərdə tutulmuş mükafatlar verilmir.

Eyni zamanda müəyyən maraq doğuran bir neçə filmin müəlliflərini qeyd etmək məqsədilə nazirlik tərəfindən hər biri 500 manat məbləğində 3 həvəsləndirici mükafat təsis edilib və onları müsabiqənin reqlamentinə cavab verən və daha çox bal toplamış işlərin müəlliflərinə vermək qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR