Bank Of Baku

Bu il ərzində bir neçə musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə veriləcək

Bu il ərzində bir neçə musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə veriləcək
# 07 noyabr 2012 11:22 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. 2012-ci ildə Nərimanov rayonunda 35 saylı musiqi məktəbinin əsaslı təmiri və texniki təchizatı, Sahil qəsəbəsində 28 saylı musiqi məktəbinin əsaslı təmiri, 5 saylı Uşaq İncəsənət məktəbinin əsaslı təmiri işləri uğurla başa çatdırılıb. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi Zakir Sultanov məlumat verib.

Onun sözlərinə görə, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində 11 saylı musiqi məktəbi üçün əlavə sinif otaqlarının tikintisi, Səbail rayonu, Bayıl qəsəbəsi, Cövdət Hacıyev adına 3 saylı Uşaq Musiqi Məktəbi binasının əsaslı təmiri və müasir avadanlıqlarla təchizatı ilin sonuna kimi başa çatdırılacaq.

Qeyd edək ki, Tikilən Obyektlərin Birləşmiş Müdiriyyəti 2006-cı ildən fəaliyyət göstərir. Müəssisə aparılan tikinti işlərində Mədəniyyət və Turizm Nazirliyinin sifarişçi funksiyasını həyata keçirməklə, nəzarətin təmin edilməsi, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılan vəsaiti səmərəli idarə edir və habelə tikinti prosesində ortaya çıxan məsələlərin operativ həllini təmin edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR