Bank Of Baku

Tofiq Quliyevin anadan olmasının 95 illiyinə həsr olunan xatirə konserti keçirilib - FOTO

Tofiq Quliyevin anadan olmasının 95 illiyinə həsr olunan xatirə konserti keçirilib - <font color=red>FOTO</font>
# 08 noyabr 2012 13:34 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda görkəmli bəstəkar Tofiq Quliyevin anadan olmasının 95 illiyinə həsr olunan xatirə konserti keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə bildirib ki, Azərbaycan bəstəkarlıq məktəbinin ən parlaq şəxsiyyətlərindən biri Tofiq Quliyev hələ sağlığında mahnı janrının aparıcı örnəyi olub: “Bəstəkarın zəngin yaradıcılığı Azərbaycan mədəniyyətinin parlaq və qiymətli səhifələrindən birini təşkil edir. Bütün yaradıcılığını milli mədəniyyətimizin inkişafına həsr edən T. Quliyevin Azərbaycan kino sənətinin inkişafında da müstəsna xidmətləri olub”.

F. Əlizadə onu da əlavə edib ki, Azərbaycan musiqi sənətinə və mədəniyyətinə parlaq nümunələr bəxş edən bəstəkarın zəngin irsi gələcək nəsillər üçün də örnək olacaq: “Onun xatirəsi hər zaman bizim qəlbimizdə ehtiramla anılacaq”.

Tədbirdə rejissor Eldar Quliyev və Tofiq İsmayılovun müəllifi olduğu “Nəğməli ömür” sənədli filmin nümayişi olub. Xatirə konsertində Tofiq Quliyevin həyat və fəaliyyəti, zəngin yaradıcılığı haqqında söhbət açılıb, tanınmış incəsənət ustalarının ifasında görkəmli bəstəkarın əsərləri səsləndirilib.

Xatirə konsertində xalq artisti Eldar Mansurov, bəstəkar Firəngiz Qasımova, yubilyarın oğlu xalq artisti, rejissor Eldar Quliyev və bir sıra tanınmış mədəniyyət xadimləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR