Bank Of Baku

Anar Kərimov: “Zəfərimizi möhkəmləndirən amillərdən biri də mədəniyyətimizdir”

Anar Kərimov

© APA | Anar Kərimov

# 21 dekabr 2021 11:02 (UTC +04:00)

“Azərbaycanın həm iqtisadi, həm hərbi, həm enerji, həm də mədəni təhlükəsizliyi təmin edilməlidir”.

APA-nın məlumatına görə, bunu bu gün “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda konfransda mədəniyyət naziri Anar Kərimov deyib.

O bildirib ki, bu, həyata keçirdikləri yeni mədəniyyət strategiyasının əsasını təşkil edir: “Yeni mədəniyyət strategiyası Vətən müharibəsində möhtəşəm qələbə qazandığımız dövrə təsadüf edir. Zəfərimizi möhkəmləndirən amillərdən biri də mədəniyyətimizdir. Mədəniyyətimizi inkişaf etdirməklə vətəndaş cəmiyyətində onun rolunu artırmalıyıq. Yeni reallıqlara uyğunlaşmaq üçün insan kapitalının yeni çağırışlara cavab verməsi, hüquqi bazanın möhkəmləndirilməsi lazımdır. Mədəniyyətin davamlılığını qorumaq bizim ümdə vəzifəmizdir. Bu vəzifəni biz artıq Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri ilə həyata keçirməkdəyik. Mədəniyyətin iqtisadi inkişafa töhfəsi gücləndirilməlidir. Bu da bizim yeni missiyamızdan biridir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR