Bank Of Baku

Bakıda "Günahın o biri tərəfi" tamaşası göstəriləcək

Bakıda  "Günahın o biri tərəfi" tamaşası göstəriləcək
# 04 aprel 2019 18:57 (UTC +04:00)

Aprelin 25-də Boris Eyfmanın Sankt-Peterburq Dövlət Akademik Balet Teatrı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində ilk dəfə özünün populyar "Günahın o biri tərəfi" adlı tamaşasını göstərəcək. 

ONA-nın xəbərinə görə, tanınmış balet truppasının Bakıda qastrolları X beynəlxalq M.Rostropoviç festivalı çərçivəsində baş tutacaq. 

B.Eyfmanın R.Vaqner, M.Musorqski və S.Raxmaninovun musiqisi əsasında səhnəyə qoyduğu "Günahın o biri tərəfi" baleti  M.Dostoyevskinin "Karamazov qardaşları" romanının xoreoqraf tərəfindən yeni versiyada səhnə həllidir. 

Qeyd edək ki, tamaşanın ilk quruluşu 1995-ci ildə Eyfman tərəfindən həyata keçirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR