Dövlət Xidməti: Naxçıvanda bərpa adı altında abidələrin həqiqi siması itirilib

Dövlət Xidməti: Naxçıvanda bərpa adı altında abidələrin həqiqi siması itirilib
# 19 dekabr 2023 10:54 (UTC +04:00)

"Mədəni-tarixi abidələrimizin baxımsız vəziyyətdə olanları da var ki, bu da bir çox səbəblərə görədir. Ərazi şəraiti, yaxud kiminsə fərdi sahəsində olması və digər bu kimi amillər, şübhəsiz, həmin abidələrin mühafizəsinə əngəl törədir".

APA xəbər verir ki, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva "Mədəni İrs" Forumunda panel müzakirədə çıxışı zamanı deyib.

"Bundan əlavə, düzgün bərpa olunmayan abidələr də var. Məsələn, Naxçıvanda bərpa adı altında həyata keçirilmiş işlər abidələrin həqiqi simasının itirilməsinə gətirib çıxarmışdı", - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR