Bank Of Baku

Məşhur fransız rejissor vəfat edib

Məşhur fransız rejissor vəfat edib
# 29 mart 2019 16:28 (UTC +04:00)

Əfsanəvi fransız rejissor Aqnes Varda 90 yaşında vəfat edib.

ONA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, o, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Aqnes Varda “Yeni Dalğa axınının nənəsi” adlanırdı. O, 1950-ci illərdə kinematoqrafiyada “Yeni Dalğa” axınının meydana çıxmasında böyük rol oynayıb. Varda “Klero 5-dən 7-ə”, “Xoşbəxtlik”, “Jako və Nanta” kimi filmlərin müəllifidir. O, həm də Bernardo Bertoluççinin “Parisdə son tanqo” filminin ssenaristlərindən biri idi. 

Aqnes Varda kinematoqrafiyada xidmətlərinə görə 2017-ci ildə fəxri “Oskar” mükafatına layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR