Gəncə Dövlət Filarmoniyası "Gəncənin gəncləri" layihəsini təqdim edəcək

Gəncə Dövlət Filarmoniyası "Gəncənin gəncləri" layihəsini təqdim edəcək
# 16 yanvar 2024 14:45 (UTC +04:00)

Gəncə Dövlət Filarmoniyası "Gəncənin gəncləri" layihəsini təqdim edəcək.

Gəncə Dövlət Filarmoniyasından APA-ya verilən xəbərə görə, 2 fevral - Gənclər Günü ilə bağlı "Gəncənin gəncləri" layihəsinə start veriləcək.

Bildirilib ki, layihənin məqsədi Gəncədə yaşayıb-yaradan gənc istedadların üzə çıxarılmasıdır.

"Layihə çərçivəsində keçiriləcək sərgidə gənc rəssamlar, heykəltəraş və fotoqraflar öz əsərlərini nümayiş etdirə bilərlər. Sərgidə iştirak etmək üçün özünə və istedadına güvənən gənclər şəxsi məlumatlarını və çəkdiyi əsərlərin şəkillərini filarmoniyanın rəsmi “İnstagram” səhifəsinə (ganja_philharmonic_hall) göndərə bilərlər. Əsərlər 27 yanvar tarixinədək qəbul olunacaq", - deyə məlumatda qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR