Bank Of Baku

Gəncədə "Cücələrim" uşaq festivalına start verilib

Gəncədə "Cücələrim" uşaq festivalına start verilib
# 31 may 2024 09:33 (UTC +04:00)

Azərbaycanda ilk dəfə baş tutan Qəmbər Hüseynli adına I "Cücələrim" Uşaq Festivalının ilk günü Gəncə şəhəri, Qəmbər Hüseynlinin heykəlinin önündə uşaq mahnılarından ibarət konsert proqramı keçirilib.

Gəncə Dövlət Filarmoniyasından APA-ya verilən xəbərə görə, konsert proqramında Gəncə şəhər Uşaq İncəsənət Məktəbi, Gəncə şəhər 1nömrəli UMM, Gəncə şəhər 2 nömrəli UMM, Gəncə şəhər 3 nömrəli UMM, Gəncə şəhər 4 nömrəli UMM, Gəncə şəhər 5 nömrəli UMM, Daşkəsən Uşaq İncəsənət Məktəbi, Naftalan şəhər UMM, Goranboy rayon Düzqışlaq UMM, Səfikürd UMM, Samux şəhər UMM, Samux rayon Qarayeri qəsəbə UMM, Göygöl Aşıq Şəmşir UMM-nin şagirdlərinin iştirakı ilə Qəmbər Hüseynlinin "Cücələrim", "Ay işığında", "İlk məhəbbət", Fikrət Əmirovun "Rəqs", "Skertso", Tofiq Quliyevin "Bağçamız", "Əziz surət", Arif Məlikovun "Lirik mahnı", Polad Bülbüloğlunun "Şən Azərbaycan" mahnıları səsləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR