Bank Of Baku

Aİİ-nin erməni rəsmisi Rusiya bazarı üçün məhsullara saxta sertifikatlar verməkdə ittiham olunur

Varos Simonyan

© APA | Varos Simonyan

# 09 oktyabr 2026 17:51 (UTC +04:00)

Erməni məmur Rusiya bazarı üçün məhsullara saxta sertifikatlar verməkdə ittiham olunur.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə "İzvestiya" nəşri məlumat yayıb.

Məlumata görə, keyfiyyət nəzarətindən keçməyən məhsulların Avrasiya İqtisadi İttifaqının yüksək vəzifəli rəsmilərinin himayəsi altında Rusiya mağazalarına və bazarlarına yol tapdığını aşkar olunub.

Nəşr heç bir sınaq və ya tədqiqat aparmadan guya məhsulun keyfiyyətini təsdiqləyən sənədlər verən onlarla laboratoriyanın mövcud olduğunu yazıb.

Ermənistan və Qırğızıstandakı təşkilatlar tərəfindən 15 min belə sertifikatın verilməsi ilə bağlı cinayət işlərinin açıldığı bildirilir.

Nəşrin yazdığına görə, Aİİ-nin Daxili Bazarlar üzrə naziri Varos Simonyan bu qurumların lobbiçiliyinin arxasında ola bilər. O, artıq saxtakarlığa qarşı mübarizəyə yönəlmiş Aİİ-nin İnteqrasiya olunmuş İnformasiya Sisteminin tam tətbiqini effektiv şəkildə pozmaqda ittiham olunub. Araşdırma zamanı Ermənistanın yalançı laboratoriyalarının lisenziyaları ləğv edildikdən sonra belə fəaliyyətini davam etdirməsinə imkan verən sxemləri və Aİİ-nin yüksək vəzifəli rəsmisinin ölkələr arasında ticarətin leqallaşdırılmasına niyə mane olduğu məlum olub. Aİİ-də mallara 15 min sertifikat verilməsi ilə bağlı cinayət işləri açılıb, Qırğızıstan və Ermənistandakı 11 laboratoriya məsuliyyətə cəlb edilib.

Avrasiya İqtisadi Komissiyası naziri Varos Simonyanın məhsul sertifikatlaşdırma sahəsindəki fəaliyyəti cinayət istintaqının mövzusu ola bilər. Bu barədə AİK-ə yaxın mənbə 9 oktyabrda "İzvestiya"ya məlumat verib. Simonyan komissiyaya Ermənistandan təyin edilib. O, 2019-cu ildən 2021-ci ilə qədər respublikanın iqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb, Ermənistan Milli Akkreditasiya Orqanının işinə nəzarət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR